İDMAN

“Barselona” Levandovski ilə müqavilə müddətini artıra bilər

İspaniyanın “Barselona” klubu futbolçusu Robert Levandovski ilə müqavilə müddətini daha 2 il artıra bilər.

“Report” “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 36 yaşlı polşalı hücumçuya 2027-ci ilə qədər yeni sözləşmə təklif edəcək.

Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir