Türkiyə Ordusu İraq və Suriyada üç terrorçunu öldürüb
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü öldürülüb.
Suriyanın şimalında isə daha bir terrorçu zərərsizləşdirilib.
Mənbə: Report.Az