İDMAN

Premyer Liqa: “Səbail” – “Sabah” oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasının XXIII turunun bağlanış oyununda – “Səbail” və “Sabah” komandaları arasında baş tutan matçda qalib müəyyənləşməyib.

“Report” xəbər verir ki, “ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.

17 xalı olan “dənizçilər” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 32 xalla beşincidir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub – 0:3. “Kəpəz” – “Şamaxı” qarşılaşması isə heç heçə bitib – 1:1.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir