Köçəriyan Qarabağlıları Qarabağa qaytarmağın yeganə görünən yolu 9 noyabr bəyanatına əməl etməyin olduğunu vurğulayıb.
bdmxeber.az herbiand.az-a istinadən xəbər verir ki, bu barədə o keçirdiyi mətbuat konfrasında bildirib:
“Əgər Azərbaycan yol deyirsə, biz çox rahatlıqla deyə bilərik ki, bu yol üçtərəfli bəyanatda cəmi 1 nöqtədir. Əgər siz o bəyanata tam qayıtmağa hazırsınızsa, gəlin oturub müzakirə edək və Qarabağlıların Qarabağa qayıdışını danışıqlar prosesinə qaytara biləcəyimiz yeganə yer budur. Mən o fürsəti görürəm, imkandan istifadə etməli olduğumuz halda bunu etmirik, çünki bu hakimiyyət Qarabağlıların qayıtmasını istəmir, düşünür ki, bu, onların həyatını çətinləşdirə bilər”.
Köçəriyan bunun üçün beynəlxalq təşkilatların zəmaətinin olduğunu da bildirib:”Qarabağlı erməni heç bir beynəlxalq zəmanət olmadan getməyəcək. Əgər söhbət geri qayıtmaqdan gedirsə, bu, müəyyən zəmanətlər paketini nəzərdə tutur ki, bu da müzakirə mövzusudur”,