BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Fermamızda keçilərimizin sayını artırmaq niyyətimiz var”

Bələdiyyə sədri: “Fermamızda keçilərimizin sayını artırmaq niyyətimiz var”

““Tüləkəran Təmiz Kənd” MMC subvensiya layihəsi çərçivəsində yaratdığı
keçi fermasında artım baş verib”- bu barədə məlumatı Quba rayonu Tüləkəran bələdiyyəsinin
sədri Rauf Hüseynov bildirib.

Sədrin
sözlərinə görə, artıq iki ana keçi beş bala doğub. Artıq müəssisənin xidmətçiləri
fermada keçi balalarına qulluq göstərməkdədirlər.     

Qeyd
edək ki, MMC cari ilin mart ayında Tüləkəran 
bələdiyyəsinin müvafiq qərarı əsasında yaradılmışdır. Məhz bundan sonra
bələdiyyənin təqdim etdiyi subvensiya layihəsinə  Nazirlər Kabinetinin sərəncamı ilə maliyyə vəsaiti
ayrılmış və MMC regionda ilk bələdiyyə müəssisəsi olmaqla yanaşı həm də ilk
olaraq müasir innovasiyaların tətbiqinə başlamışdır.

MMC-nin yaradılmasında ən əsas məqsəd də  bələdiyyənin maliyyə
imkanlarını genişləndirərək yerli sosial-iqtisadi proseslərdə çevik və effektiv
formada iştirak edə bilməsi və eyni zamanda bələdiyyə ərazisində yaşayan əhalinin
məşğulluq imkanlarına əlçatanlığının təmin olunmasıdır.

Belə ki, hazırda bələdiyyə müəssisəsi 9 nəfər daimi və 6 nəfəri
mövsümu işlə təmin edir. 2025-ci ilin birinci yarımilinədək daimi işçilərin
sayını  15 nəfərə, mövsümi işçilərin isə
20 nəfərə çatdırılması hədəflənir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir