Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyəti daha bir uğuruna imza atdı
Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırovanın təşkilatçılığı ilə Niderland Krallığı, Amersfoort şəhəri, uşaq musiqi məktəbində Azərbaycan və xarici bəstəkarlarının musiqisindən ibarət konsert təşkil etmişdir.
Konsertin təşkili musiqi məktəblər biriliyinin müraciətı əsasında olunmuşdur.
Konsertdə, Azərbaycan musiqi dahilərindən F. Əmirov, Q. Qarayev, T. Bakixanov, S. Rüstəmov, M. Mirzəyev və digərlərinin əsərləri balaca iştirakçılar tərəfindən ifa edilmişdir.
Uzun illər ərzində Azərbaycan musiqisini Niderland Krallığında təbliğ edərək tanıtdıran Frəngiz Bağırova, bu dəfə də, bəstəkarlarımız və onların bəstələri barədə məlumat verdi.
O, həmçini, bir çox illər ərzində Niderlandın müxtəlif şəhərlərində təşkil etdiyi konsert və tədbirlərdən söz açdı.
2023 cü ildə də dörd fərqli musiqi məktəblərin şaqirdləri ilə Azərbaycan Səfirliyinin binasında təşkil etdiyi konsertin uğurundan da danışdı.
Frəngiz xanım həmçini, burada yaşadığı 30 ilin 23 ilini məhz Azərbaycan musiqisinin Niderlandda təbliğatından danışdı və bunun üçün özünü çox xöşbəxt saydığını bildirdi.
Konsert, nəzərdə tutulan proqramdan daha geniş bir repertuarla baş tutdu, eləcə də, bura nəzərdə tutulandan daha artıq dinləyici toplanmışdır.
Azərbaycan musiqisinin əsrarəngsizliyi dinləyicilərdə dərin məmnunliq təsiri buraxmışdır. Musiqimiz hər zaman insan qəlbini oxşayaraq ruha qida verib.
Konsertdən sonra, ifaçılar hədillərərlə təltif edildilər.
Belə bir konserlərin davamlı təşkili barədə Frəngiz Bağırovaya yeni müraciətlər olundu.
Sonda, Azərbaycan musiqisindən təsirlənən dinləyicilərkonsert barədə öz təəssüratlarını paylaşdılar, xatirə şəkillri çəkildi.
Xatırladaq ki, konsert, Azərbaycan diasporla iş üzrə Komitənin dəstəyi ilə baş tutmuşdur.
Mənbə: Diaspornews.Az