“Quba” və NTD yoxlama oyununda üz-üzə gələcəklər
Azərbaycan Basketbol Liqasında çıxış edən “Quba” və NTD komandaları yoxlama oyununda üz-üzə gələcəklər.
Bu barədə “Report”a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qarşılaşma fevralın 18-də Azərbaycan Texniki Universitetinin basketbol zalında baş tutacaq.
Matça 15:30-da start veriləcək.
Mənbə: Report.Az