İDMAN

Ederson Premyer Liqada rekorda imza atıb

İngiltərənin “Mançester Siti” klubunun braziliyalı qapıçısı Ederson məhsuldar ötürmələrin sayına görə İngiltərə Premyer Liqasında rekorda imza atıb.

“Report” xəbər verir ki, o, “Nyukasl”la ev oyununda “şəhərlilər”in debüt qolunu vuran misirli hücumçu Ömər Marmuşa məhsuldar ötürmə verib.

Marmuş daha sonra əlavə iki qol vuraraq het-trik edib.

Bu, Edersonun Premyer Liqada 6-cı məhsuldar ötürməsi olub. Əvvəlki rekordçu 5 məhsuldar ötürmə ilə İngiltərə yığmasının keçmiş qapıçısı Pol Robinson idi.

Qeyd edək ki, 31 yaşlı Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir və komandanın heyətində 6 dəfə İngiltərə çempionatının, 1 dəfə ölkə kubokunun, 4 dəfə isə Liqa Kubokunun qalibi olub. O, klubla 2023-cü ildə Çempionlar Liqasını, Braziliya millisi ilə 2019-cu ildə Amerika Kubokunu qazanıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir