DÜNYA

Bolqarıstanda avtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb

Bolqarıstanın Viden şəhərində turistləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “Bourgas.ru” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qəza Dunavtsi kəndindəki qovşağın yaxınlığında baş verib.

“Plovdivdən Almaniyaya gedən avtobusda 11 nəfər olub. Yaralılar Vidin xəstəxanasına aparılıb. Ölənlərin yaşları 30-40 arasında olub”, – məlumatda bildirilib.

Bildirilib ki, 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir