DÜNYA

Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan- Ermənistan sülh müqaviləsini müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir