BƏLƏDİYYƏ

Ramiz Əliyev: “Hər bir bələdiyyənin əsas vəzifəsİ…”

Ramiz Əliyev: “Hər bir bələdiyyənin əsas vəzifəsİ…”

“Ötən
il Mingəçecir bələdiyyəsinin keçirdiyi 
23 iclasda bələdiyyənin daimi komissiyaların təklifləri ilə gündəliyə
241 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. Cari ildə də
keçirilən  iclaslarda məhz bu qədər məsələ
müzakirə edilib” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Ramiz Əliyev bildirib.

 Sədrin
sözlərinə görə, iclaslarda müzakirə olunmuş məsələlərdən 134-ü icarəyə və
mülkiyyətə torpaq sahələri ayrılması ilə, 12-si şəhərdə aparılan
tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin
keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 10-u maddi yardımlarla, 85-i təşkilati
və digər məsələlərlə bağlı olub.

 Hesabat
dövründə bələdiyyəyə 577 ədəd ərizə və məktub daxil olub. Bunlardan 55-i maddi
yardımla, 136-sı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 114-ü fərdi
yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 5-i tikinti və təmir
işləri, 267-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

 Maddi
yardımla bağlı müraciət edənlərdən 16 nəfərə pul və material yardımları edilib,
digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən
25 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə
verilib, icarə müddəti bitmiş 12 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə
torpaq sahələri ayrılıb. İcarəyə verilən torpaq sahələrindən 3-ü şəhid ailəsinə
ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin
mülkiyyətə verilməsi barədə bələdiyyə 21 nəfər üçün qərar verib. Onlardan biri
şəhid ailəsidir.

 267 nəfər
arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub.
Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara
əsaslandırılmış cavablar verilib.

 2024-cü
ildə isə  bələdiyyəyə qəbula gələnlərin
sayı 232 nəfər olub.

 Sədr
qeyd edib ki, hər bir bələdiyyənin əsas vəzifəsi sakinlərə, seçicilərinə
layiqincə xidmət etmək olmalıdır. Biz də bələdiyyə olaraq maliyyə imkanları çərçivəsində
bu vəzifənin öhdəsindən gəlməyə çalışırıq.

 Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir