Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Avaz” telekanalının yeni baş koordinatoru Yücel Kılıçkaya ilə görüşüb.
“Report”un Ankara bürosu xəbər verir ki, bu barədə “TRT Avaz” məlumat yayıb.
Bildirilib ki, nəzakət ziyarəti çətçivəsində səfir Rəşad Məmmədov Kılıçkayaya yeni vəzifəsi münasibətilə təbriklərini, arzularını çatdırıb. O, “TRT Avaz”ın ortaq tarixi və mədəni dəyərləri paylaşan türk dünyası ilə bağlı fəaliyyətindən məmnunluğunu ifadə edib.
Görüş zamanı birgə layihələr və əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.
Mənbə: Report.Az