BƏLƏDİYYƏ

Bu rayonda bələdiyyələrin  probleminin həllinə  daim dəstək göstərilməsi təqdirəlayiq hesab olunur  

Bu rayonda bələdiyyələrin  probleminin həllinə  daim dəstək göstərilməsi təqdirəlayiq hesab olunur  

Quba rayonunda
ilk seckilər zamanı 101 bələdiyyə formalaşdırılsa da, sonradan bu rəqəm 34-dək
azaldıldı. İndisə 21 bələdiyyə uğrunda mubarizə aparılacaq.

Son
beş il ərzində fəaliyyətdə olan 34 bələdiyyədən yalnız üçündən, Quba, Tüləkəran,
 bəzən də Qirmızı Qəsəbə bələdiyyələrindən
 daim ürəkaçan xəbərlər gəlirdi.  Bir çox hallarda  dağlıq ərazidə formalaşan bələdiyyələrin ciddi
maliyyə problemi ilə üz-üzə qalması  da göz
onündədir. Ancaq Quba bələdiyyələrinin bir problemi vergilərin yiğılması ilə
bağlı idisə, digər problemi ƏMDX-nin bələdiyyələrə olan neqativ münasibətindən
asılı olsa da, əsas problemlərdən biri də sədrlərin yerində olmaması ilə bağlı
olub.

Amsar bələdiyyəsinin sədri konkret olaraq yerində olmaması bir tərəfə,
etik qaydaları belə bilməməsi təəssüf doğurur.

Düşünürəm ki, seçicilər də bu
münasibətdən nəticə çıxarmaqla bu xarakterdə olanlara səs verməyəcəklər.  

İnanrıam
ki, yeni yaranacaq bələdiyyələr  yuxarıda
adları çəkilən bələdiyyələrdən örnək götürərək irəli getmək üçün addım atmağa
çalışacaqlar. Onu da etiraf edək ki, bir çox rayonlardan fərqli olaraq  bu rayonda Quba RİH-in  bələdiyyələrin üzləşdiyi  problemin həllinə  daim dəstək göstərməsi təqdirəlayiq hesab etmək
olar.  Hər halda icra hakimiyyətinin
müvafiq şöbəsinin bu istiqamətdə atdığı addımlar alqışlanmalıdır.  

Belediyye.info 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir