Bələdiyyə sədri “20 Yanvar Şəhidlərinin” xatirəsinə həsr olunan parkda cari təmir işləri aparılıb”
Bələdiyyə sədri “20 Yanvar Şəhidlərinin” xatirəsinə həsr olunan parkda cari təmir işləri aparılıb”
“Binəqədi
RİH-in təşəbbüsü və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə olan 20 Yanvar şəhidlərinin xatirə
parkında cari təmir bərpa işləri aparılıb” –bu fikirləri Belediyye.infoya adçəkilən
bələdiyyənin sədri Etibar Cabbarov bildirib.
Sədrin
sözlərinə görə, ərazidə olan söhbətgah və
oturacaqlar təmir edilmiş, habelə əraziyə çoxsaylı gül kolları əkilərək ziyarətçilərin
istifadəsinə verilmişdir. Ərazinin qazon örtüyünə də aqrotexniki qulluq göstərilmişdir.
Qeyd
edək ki, parkın ümumi ərazisi 3800 m2, yaşıllıq ərazisi 2200 m2, qranit mərmər
ilə döşənmiş sahəsi 800 m2, beton səki daşları ilə döşənmiş sahə 800 m2 təşkil
edir.
Burada
“20 Yanvar Şəhidləri” xatirəsinə quraşdırılan “Güllə yağışı” adlanan abidədə
simvolik olaraq 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən
istifadə olunub. Bu abidənin özünəməxsus anlamı həmin gün törədilən cinayətin
dinc əhaliyə qarşı olduğunu əks etdirməsi və müxtəlif istiqamətlərdən atılan
güllələrin güllə yağışı kimi
yağmasının təsviridir. Abidənin müəllifi
əməkdar heykəltəraş Azad Əliyevdir.
Mənbə: Meneviyyat.Az/