İDMAN

Avropa çempionatı: Azərbaycanın badminton millisi ikinci oyunda da məğlub olub

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.

“Report”un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir