Reyqan Hava Limanında aviaqəzadan sonra helikopter uçuşları qadağan ediləcək
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) Vaşinqton səmasında baş verən aviaqəzadan sonra Ronald Reyqan Hava Limanı yaxınlığında helikopter uçuşlarını qadağan etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, FAA hava məkanının təhlükəsizliyinin yaxşılaşdırılması üzrə uzunmüddətli tədbirlər çərçivəsində helikopter uçuşlarına daimi məhdudiyyətlər tətbiq etmək istəyir.
Xatırladaq ki, yanvarın 29-u axşam saatlarında “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi ilə Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan Hava Limanı yaxınlığında toqquşub.
Mənbə: Report.Az