İDMAN

Almaniya klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, aparıcı futbolçularını satacaq

Almaniyanın “Borussiya” (Dortmund) klubu cari mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, aparıcı futbolçularını satacaq.

“Report” “Bild”ə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin bu mövsüm əsas hədəfi Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

Klub maliyyə itkilərini sığortalamaq və öz transferlərini həyata keçirmək üçün ulduz oyunçularını satmağı düşünür.

Qeyd edək ki, “Borussiya” 21 turdan sonra 29 xalla 11-ci pillədə qərarlaşıb. Komanda 4-cü sıradakı “Leyptsiq”dən 7 xal geri qalır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir