İDMAN

“Neftçi” braziliyalı vingerin transferini açıqlayıb

“Neftçi” braziliyalı vingerin transferini açıqlayıb.

Klubdan “Report”a verilən məlumata görə, “ağ-qaralar” 22 yaşlı Aleks Fernandeslə anlaşıb.

O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Oyunçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir