Polşadakı türk dünyası gəncləri üçün səmərəli imkanların yaradılması yolları müzakirə edilib
Yanvarın 28-də Azərbaycan Evində Polşa Azərbaycanlıları Şurası idarə heyətindən Şamo Qubadov və TürkPol Dərnəyinin Gənclərlə İş üzrə idarə heyəti arasında ilk rəsmi görüş baş tutdu.
“TürkPol cəmiyyəti ilə bir neçə dəfə görüşlərimiz olsa da, gənclərimiz gözəl bir təşəbbüsə imza ataraq işləri rəsmi səviyyəyə gətirmişdir. Bu əlamətdar görüş zamanı birgə layihələr və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılmış, Polşada yaşayan bütün türk dünyası gəncləri üçün səmərəli imkanların yaradılması yolları müzakirə edilmiş və Polşanın yerli cəmiyyəti ilə daha güclü əlaqələrin qurulmasına nail olmaq üçün atılacaq konkret addımlar müəyyən etməyə çalışılmışdır.
Bu görüş gələcək əməkdaşlığımız üçün mühüm başlanğıc nöqtəsi oldu. Planladığımız birgə fəaliyyətlərin müsbət nəticəsini almağı gözləyir tədbirlərimizdən sizləri xəbərdar etmək üçün səbirsizlənirik”,- deyə PAŞ-dan bildirilib.