PAŞ-ın təbrik bəyanatı
Polşa Azərbaycanlıları Şurası tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik bəyanatı yayılıb: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı hər birinizi ürəkdən təbrik edirik!
Birliyimiz və həmrəyliyimiz daim möhkəm olsun!
Qoy bu gözəl bayram günündə bütün dünyadakı azərbaycanlılar bir-birinə daha da yaxın olsun !
Bayramınız mübarək!”
Qeyd edək ki, Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən Varşava Azərbaycan evində çəkilmiş bir videon sosial şəbəklərdə paylaşılıb. Bu videoda azərbaycanlı və polyak dostlarımız birlikdə “Uzun Dərə” rəqsini ifa edirlər. Bu anlar təkcə rəqs deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin möhtəşəm nümunəsidir.