Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirdi
28 dekabr 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirdi. Tədbirdə Qərbi Azərbaycan İcmasının üzvləri, tanınmış ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dövlət rəsmiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
bdmxeber.az xəbər verir ki, tədbir Sabunçu rayon nümayəndəliyinin sədri Ələmdar Nəbiyevin giriş sözü ilə açıldı.
O, çıxışına bir dəqiqəlik sükutla başlayaraq, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsini ehtiramla yad etdi. Ələmdar Nəbiyev çıxışında Azərbaycanın üzləşdiyi tarixi sınaqları xatırladaraq dedi:
“Xalqımız əsrlər boyu müxtəlif çətinliklərlə qarşılaşıb. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, Qarabağın işğalı kimi ağır faciələr bizi sınamaq üçün kifayət etmədi. Bu yaxınlarda baş vermiş təyyarə qəzası isə daha bir ağrılı sınaq idi. Amma bütün bunlara baxmayaraq, xalqımız Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında birlik və həmrəylik göstərərək möhtəşəm Zəfərə nail oldu. Bu həmrəyliyimiz bizi daha güclü edir və əminəm ki, qarşıdakı illərdə də uğurlarımız artmağa davam edəcək.”
Daha sonra Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni çıxış etdi. Tədbir iştirakçılarını salamlayan Rauf Zeyni Azərbaycanın keçmişindən və bugünkü mövqeyindən bəhs edərək vurğuladı:
“Vaxtilə Qarabağlı, Şuşalı idiksə, bu gün biz hamımız Qərbi Azərbaycanlıyıq. Bu ifadə təkcə bir coğrafiyanı deyil, həm də xalqımızın mənəvi gücünü və əzmini təmsil edir.” O, təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa dilədi və xalqımızın hər zaman həmrəylik göstərməsinin vacibliyini qeyd etdi.
Dəyirmi masanın növbəti çıxışçısı Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev oldu. İsmayıl Ağayev öz nitqində bir sıra tarixi məqamları xatırladaraq dedi:
“Birinci Qarabağ müharibəsi zamanı ‘Didərginlər’ batalyonunu yaradaraq torpaqlarımızın azadlığı uğrunda böyük mübarizə apardıq. Sonrakı illərdə Diaspora Mərkəzi olaraq Qərbi azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər təşkil etdik. ‘Qərbi Azərbaycan gecəsi’ kimi önəmli layihələrlə bu istiqamətdə böyük uğurlar əldə etdik. Biz hər zaman bəyan etmişik ki, məqsədimiz ədaləti bərpa etmək və ata-baba yurdlarımıza geri qayıtmaqdır. Cənab Prezident İlham Əliyevin apardığı ictimai-siyasi xətt bu yolda ən güclü dəstəyimizdir.”
Dəyirmi masada tanınmış alim və politoloq, Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyi idarə heyətinin üzvü Razim Rəcəbov da geniş çıxış etdi. O, çıxışında deportasiya olunmuş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası və onlara dəymiş ziyanın mülki qaydada ödənilməsi ilə bağlı təklif irəli sürdü. Razim Rəcəbov bildirdi:
“Bu istiqamətdə dövlət səviyyəsində bir konsepsiyanın hazırlanması vacibdir. Bu konsepsiya həm beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etməli, həm də vətəndaşlarımızın hüquqlarını təmin etməlidir.”
Digər çıxışçılar arasında Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, Sabunçu qəsəbə icra nümayəndəliyinin nümayəndəsi Ceyhun müəllim, Nizami rayon İcmasının sədri Xəqani Səfərov, Qərbi Azərbaycan İcmasının tərkibində olan Heydərli icmasının sədri, ehtiyatda olan polkovnik Oruc Əliyev və Sabunçu bələdiyyəsinin şöbə müdiri Hüseyn Nəcəfov yer aldı.
Əslən Naxçıvan bölgəsindən olan Hüseyn Nəcəfov çıxışında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək dedi:
“Ulu Öndər Heydər Əliyev hər zaman xalqımızın birlik və həmrəylik simvolu olub. Bugünkü həmrəylik ruhu onun bizə miras qoyduğu dəyərdir. Biz bu haqq davamızın İrəvanda, İrəvan qalasında yekunlaşmasını arzu edirik.”
Tədbir iştirakçıları arasında gənclər də fəal iştirak etdilər. Gənclər Azərbaycan xalqının həmrəylik günü ilə bağlı öz təəssüratlarını və bu tədbirlərin əhəmiyyətini bölüşdülər.
Tədbirin sonunda iştirakçılar Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyinin sədri Ələmdar Nəbiyevə təşkilatçılığa görə təşəkkür etdilər. Sonda isə iştirakçılar birlik və həmrəylik əlaməti olaraq xatirə şəkli çəkdirdilər.
28 dekabr 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş möhtəşəm bir dəyirmi masa keçirildi. Tədbirdə Qərbi Azərbaycan İcmasının üzvləri, tanınmış ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dövlət rəsmiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir Sabunçu rayon nümayəndəliyinin sədri Ələmdar Nəbiyevin giriş sözü ilə açıldı. O, çıxışına bir dəqiqəlik sükutla başlayaraq, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsini ehtiramla yad etdi. Ələmdar Nəbiyev çıxışında Azərbaycanın üzləşdiyi tarixi sınaqları xatırladaraq dedi: