GÜNDƏM

Leninoqorskdakı azərbaycanlılar təyyarə qəzasına görə başsağlığı veriblər

Tatarısatnın Leninoqorsk şəhəri və Leninoqorsk rayonu azərbaycanlı icması AZAL aviaşirkətinin Bakı-Qroznı reysinin Qazaxıstanın Aktau şəhərində  baş vermiş başsağlığı verib. Soydaşlarımız Bakı-Qroznı aviareysində baş vermiş bu faciəvi hadisədə həlak olanların aiələlərinə və yaxınlarına dərin hüznlərini bildirərək, yaralılara tezliklə sağalmağı arzulayıblar.

“Bizim fikirlərimiz və dualarımız bu faciədən təsirlənən hər kəslədir. Biz, geri qaytarılması mümkün olmayan itkilərin acısını bölüşür, vəfat edənlərin ailələrinə dərin kədərimizi ifadə edirik, yaralılara isə tezliklə sağalmağı arzulayırıq”, – deyə qeyd edilib.

Leninoqorsk Bələdiyyə Dairəsinin Deputatlar Şurasının deputatı,  “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda bildirilib:

“Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərindən dərindən sarsıldıq. İtki yaşayanların ailələrinə dərin başsağlığı veririk və kədərimizi bildiririk. Yaralılara şəfa arzulayırıq”.

Biz, Azərbaycan xalqı ilə birgə matəm saxlayırıq!”.

3444

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir