GÜNDƏM

Beynəlxalq Diaspora Mərkəzinin sədri Cənab Prezidenti ad günü münasibətilə təbrik etdi

Azərbaycan xalqının və türk dünyasının qəhrəmanı İlham Heydər oğlu Əliyev.

Sizi öz adımdan və çoxsaylı Beynəlxalq Diaspora Mərkəzi üzvləri adından doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin rəhbərliyiniz sayəsində Qarabağ azad olunmuş və Azərbaycan xalqı öz torpaqlarında əmin-amanlıq içində yenidən yaşamağa başlamışdır. Sizin apardığınız müdrik siyasət, həmçinin, Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması və bu istiqamətdə atdığınız tarixi addımlar, Azərbaycan dövlətçiliyinin gələcək inkişafına yönəlmiş çox əhəmiyyətli bir həlqədir. Bu proses, təkcə Qərbi Azərbaycanlıların, həmçinin bütün Azərbaycan xalqının birliyini və gücünü daha da möhkəmləndirəcəkdir.

Qərbi Azərbaycana qayıdış konsepsiyası, yalnız coğrafi əraziyə geri dönmək deyil, həm də tarixi və mədəni irsimizi qoruyub yaşatmaq, gələcək nəsillərə çatdırmaq məqsədini güdür. Bu addımlar, Azərbaycan xalqının həm keçmişinə, həm də gələcəyinə olan dərin sevgisinin, əzmkarlığının və iradəsinin təcəssümüdür.

Cənab Prezident, Sizin sayənizdə Azərbaycan yalnız coğrafi deyil, həm də mədəniyyət, tarix və milli birliyimiz baxımından yeni bir mərhələyə qədəm qoymuşdur. Qərbi Azərbaycanlıların öz torpaqlarına, ata-baba yurdlarına qayıdışı, Sizə olan inamı daha da artırmış, həmçinin milli birliyimizi gücləndirmişdir.

Siz bu yolda liderlik edərək, xalqımıza böyük bir ruh yüksəkliyi bəxş etdiniz və hər birimizin qəlbində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin davam etdirilməsinə olan inamı artırdınız.

Sizi bir daha ailəmiz adından doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Yaşasın böyük Azərbaycan!

 Beynəlxalq Diaspor Mərkəzinin sədri,

İsmayıl Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir