GÜNDƏM

“Azərbaycanın D-8 Təşkilatına Üzv Olması: Yeni Perspektivlər və Böyük Uğur”

Azərbaycanın D-8 təşkilatına üzv olması ölkəmiz üçün yeni perspektivlər və inkişaf yolları açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyənin təşəbbüsü ilə yaradılan bu beynəlxalq təşkilat artıq 30 il ərzində fəaliyyət göstərir və ilk dəfə genişlənmə qərarı qəbul edib. Təşkilatın qurulma tarixi 15 iyun 1997-ci il olsa da, Azərbaycanın bu platformaya üzv olması ölkəmiz üçün bir növ yeni çağırış və imkanlar yaradır. Bu üzvlüyün ölkəmiz üçün müsbət nəticələr verəcəyinə böyük ümidlərimiz var.

Bu mühüm hadisə ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev BDMXEBER.AZ-a verdiyi açıqlamada Azərbaycanın D-8 təşkilatına üzv olmasını yüksək qiymətləndirb:

“Bu, ölkəmizin beynəlxalq nüfuzunun və dünyanın müxtəlif guşələrində göstərilən etimadın növbəti sübutudur. D-8 təşkilatına üzvlük, Azərbaycanın iqtisadi və diplomatik inkişafını daha da gücləndirəcək və beynəlxalq münasibətlərdə yeni imkanlar yaradacaq. Son illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi və bəşəri siyasət nəticəsində ölkəmiz müxtəlif sahələrdə böyük irəliləyişlər əldə edib. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlərdə daha da güclənməsini təmin edib və ona dünya səhnəsində etibarlı tərəfdaş statusu qazandırıb. Azərbaycanın D-8 təşkilatına üzvlüyü isə bu inkişafın növbəti mühüm mərhələsidir. Mən bu münasibətlə Prezident İlham Əliyevi, xalqımızı və bütün vətəndaşlarımızı ürəkdən təbrik edirəm və Azərbaycanın bu uğurlarının davamlı olacağına əminəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir