GÜNDƏM

Ölkəmizdə ilk dəfə keçirilən Paxlava və Şirniyyat Festivalı böyük maraqla qarşılandı

 Tədbir Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyası (BAKTAD) və “Rəmzioğlu Paxlava”nın təşkilatçılığı ilə Bakıda baş tutdu.

bdmxeber.az xəbər verir ki, festivalın əsas məqsədi Azərbaycan və Türkiyə arasında paxlava və şirniyyat istehsalı sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin zəngin şirniyyat mədəniyyətini dünya bazarlarında birgə tanıtmaqdan ibarət idi.

Tədbirin iştirakçıları arasında Qərbi Azərbaycan İcması da yer aldı. İcmanı Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma sədr müavini, iş adamı Məhəmməd Nəcəfov, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayev, Beynəlxalq Diaspor Mərkəzinin sədri, Paşalı rayon Terp kənd icmasının idarə heyətinin üzvü İsmayıl Ağayev, Paşalı rayon Terp İcmasının sədri Ceyhunə Şirəliyeva və icmanın digər üzvləri festivalda iştirak etdilər.

Festivalda Dərələyəz mahalına aid paxlavaşəkərbura nümunələri təqdim olundu. Daha sonra tədbir iştirakçıları İrəvan XanlığınınBeynəlxalq Diaspor Mərkəzinin bayraqları ilə bəzədilmiş xüsusi guşəni ziyarət etdilər.

Festivalın qonaqları “Rəmzioğlu Paxlava” şirkətinin rəhbəri Cavid bəy ilə görüşərək xatirə şəkilləri çəkdirdilər. Tədbir çərçivəsində

Türkiyənin 60 növ ənənəvi şirniyyatı və Azərbaycanın Bakı, QəbələŞəki paxlavalarını əhatə edən 10 növ şirniyyat ziyarətçilərə təqdim olundu.

Festival boyu iştirakçılara 20 min dilim paxlava paylanaraq qonaqların zövqü oxşandı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir