COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları mövzusunda beynəlxalq konfrans keçirildi
“İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən COP29 Yaşıl Zonada növbəti tədbir keçirildi.
“İqlim dəyişmələri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları” adlı beynəlxalq konfransda iştirak edən 15 ölkənin QHT rəhbərləri, ekspert və eko fəalları iqlim fəaliyyətləri, onun təsirləri ilə mübarizədə gənclərin fəal iştirakı, təhsil imkanları və davamlı əməkdaşlığına dair müxtəlif maraqlı təqdimatlar, çıxışlar etdilər, qlobal ətraf mühit siyasətinin dəstəklənməsində gənclərin və təhsilin rolu və iştirakının yüksəldilməsi istiqamətində yeni çağırış və yanaşmalar səsləndirdilər.
Konfransda Azərbaycanın yüksək səviyyəli COP29 hazırlıqları, onun mirasının təbliği və tətbiqi imkanları, ölkəmizdə gənclərin yüksək səviyyəli eko-könüllülük fəaliyyəti, ətraf mühit təhsilinin və bu sahədə maarifləndirmənin müsbət təcrübəsi xarici qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
Bu konfransla yanaşı ətraf mühit və iqlim dəyişiklikləri mövzusunda digər yan tədbirlərə qatılan əcnəbi QHT nümayəndələri 6 gün ərzində azərbaycanlı həmkarları birgə müxtəlif panel müzakirələri, dəyirmi masalar təşkil edib, gələcəkdə bu istiqamətdə davamlı əməkdaşlıq məsələsini də nəzərdən keçirəcəklər.
Sonda iştirakçı ölkələrin QHT liderləri, ekspert və eko fəallarının iştirakı ilə “İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması da nəzərdə tutulur.
“İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması nəzərdən keçirilib.