bdmxeber.az xəbər verir ki, etirazçılar həmçinin Peloninin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarına görə cavab verməli olduğunu vurğulayıblar. Onlar bu cür addımların ölkəmizin imicinə zərər verməyə hesablandığını, lakin Azərbaycan xalqının milli maraqlarını qorumaq üçün hər zaman birgə səfərbər olduğunu bəyan ediblər.
Aksiya zamanı çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev xüsusi vurğulayıb ki, Azərbaycan dövləti güclü və məqsədyönlü siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan öz dostlarını və düşmənlərini ayırd etməyi çox yaxşı bacarır. Ağayev qeyd edib ki, ölkədə siyasi sabitlik mövcuddur, xalq, ordu öz prezidentinin ətrafında bir amal uğrunda birləşib. Bu birliyin gücü ilə Azərbaycan hər zaman öz haqqını müdafiə edir və heç bir xarici qüvvəyə ölkənin daxili işlərinə müdaxilə etməyə imkan vermir.
Ağayev çıxışında Peloni kimi ermənipərəst siyasətçilərin Azərbaycanda qəbul olunmadığını, onların regionda sülh və sabitliyə maneə törətdiklərini vurğulayıb. O, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılacağını və ölkənin milli maraqlarına qarşı yönəlmiş istənilən kampaniyanın cavabsız qalmayacağını bildirib.
Bakıda keçirilən etiraz aksiyası boyunca iştirakçılar öz narazılıqlarını şüarlar vasitəsilə ifadə ediblər. “Azərbaycanın haqqını tanıyın!”, “Erməni təxribatına son!”, “Frank Peloni, Azərbaycandan üzr istə!” və “Frank Peloni, evinə dön!” kimi şüarlarla aksiya iştirakçıları ölkənin haqq işini müdafiə etdiklərini və Azərbaycan xalqının bu məsələdə bir mövqedə olduğunu nümayiş etdiriblər.
Etirazçılar həmrəylik ruhunda, milli maraqlar ətrafında birləşərək, Azərbaycan dövlətinin mövqeyini və xalqın iradəsini açıq şəkildə ifadə ediblər. Bu aksiya həmçinin ölkə ictimaiyyətinin, xarici təzyiqlərə baxmayaraq, öz milli maraqlarını qorumaq əzmində olduğunu bir daha nümayiş etdirdi.
Belə şəxslərin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Pallonenin mühafizəçiləri tərəfindən hücuma məruz qalmış, müxtəlif bədən xəsarətləri almışdılar.