Uncategorized

Bakıda Frank Palloneyə qarşı etiraz aksiyaları: Günahkardan Azərbaycana qarşı başladığı böhtan kampaniyasına cavab vermək tələb olunur

Qaldığı ”Baku Marriott Hotel Boulevard” hoteli önündə dinc etiraz aksiyası keçirərkən, mühafizəçiləri tərəfindən zorakılığa məruz qalmış, müxtəlif bədən xəsarətləri almış Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri və QHT rəhbərləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Palloneyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər. Bu dəfə hücuma məruz qalanlar və QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Pellonenin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət də imzalayıblar.

araz.az bildirir ki, ötən gecə ABŞ konqresmeninin göstərişi ilə, onun mühafizəçiləri tərəfindən şiddətə məruz qalaraq, müxtəlif bədən xəsarətləri alanlar bu barədə birgə Bəyanat da yayıblar. Bu Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti ölkəmizə qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək, Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə, suallarımıza cavab verməyib”.

Sonda onu da qeyd edək ki, hətta aksiyalar zamanı ictimai fəallar və QHT-lərin rəhbər şəxsləri, Azərbaycan sərhədlərinin işğalı dövründə dəfələrlə  qanunsuz keçmiş sərhəd pozucusu Frank Pellone barəsində hüquqi tədbirlər görülməsini və onun ölkəmizi tərk etməsini də qəti şəkildə tələb ediblər.

Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir