GÜNDƏM

Zəfər qələbimiz qürurumuzun təntənəsidir.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür.

28 illik həsrətdən sonra 2020-ci il 8 noyabr tarixində Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.
Hərbi sahədə qazandığımız qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Azərbaycan xalqının qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!
Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır.
Zəfərin mübarək, Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Var olsun Rəşadətli Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir