Milli Qəhrəman Əli Nağıyevi təbrik etdi
“DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin doğum günü 8 noyabr Zəfər Günü bayramına təsadüf edir. Bu təsadüf Əli Nağıyevin doğum günü ilə əlaqədar almış olduğu ölçüyəgəlməz qiymətli hədiyyə deməkdir. Mən cənab generalın Vətən, dövlət qarşısında göstərdiyi xidmətləri önə çəkmək fikrində deyiləm, zatən, buna ehtiyacı da yoxdur. Onsuz da xüsusi xidmət orqanlarının fəaliyyəti sadə vətəndaşlar üçün həmişə qapalı olub və bu, belə də olmalıdır. Sabitliyimizin, təhlükəsizliyimizin qarantı olan DTX öz yerindədir. Bunun ən bariz nümunəsinə biz 44 günlük Vətən Müharibəsində şahid olduq”.
Bunu Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə ünvanladığı təbrikdə bildirib.
O deyib ki, DTX rəisi Əli Nağıyev peşə və professionallıq baxımından Ulu öndər Heydər əliyevin yolu ilə gedir.
“General Əli Nağıyevi Zəfər Günü bayramı və doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayıram. Dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi naminə göstərdiyi gərgin əməyinə görə dərin təşəkkürümü bildirirəm”, – İbad Hüseynov qeyd edib.