GÜNDƏM

Binəqədi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir

Oktyabrın 24-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Bakı- Şamaxı- Yevlax avtomobil yolunun 13-16 km-lik hissəsində iki mindən çox yeni ağac və kollar əkilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin, Xocəsən qəsəbə Bələdiyyəsinin, eləcə də, 28 May qəsəbə fəallarının iştirakı ilə təşkil edilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun olaraq yeni əkilən həmişəyaşıl ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Binəqədi rayonunda 20 mindən artıq ağac və kolların əkilməsi nəzərdə tutulmuşdur.

     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir