GÜNDƏM

Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq

Azərbaycanda oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 16-19° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir