Kitabxanada yaşıl dünya ilə bağlı Beynəlxalq layihə davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən “Təbiətə valeh olanlar” Beynəlxalq layihə uğurla davam edir.
Layihənin bugünkü qonağı yazıçı, Belarusun Milli Ədəbiyyat, mükafatçısı, Belarus Həmkarlar Federasiyasının mükafatları laureatı, Şuşa şəhərinə virtual səyahət hekayəsindən oxuculara tanış olan Yelena Stelmaxdır.
Hekayə təbiətin və insanın ayrılmaz hissəsi olan meşəyə həsr olunub. Xalqın ruhunu bilmədən əvvəl onun yerləşdiyi yerin təbiətini öyrənmək lazımdır. Hündür, qayalı dağlar əsrlər boyu orada yaşayan insanların həyat fəlsəfəsidir hüdudsuz, coşqun okean – fərqli bir varlıq hissidir.
Müəllif yazır ki, meşəni bütün zamanlarda qoruyan, qidalandıran və müalicə edən varlıq olmuşdur. Belarusiyada meşənin yaşıl məbəd adlandırılması və ona sitayiş etməsi boş yerə deyil. Belarusun özü isə yaşıl və mavi gözlü adlanır (orada çoxlu dibsiz göllər və dolanan çayları var). Təbiətin bu harmoniyası qədim zamanlardan insana xidmət etmişdir.
Müəllif qürurla meşəni vətənpərvər adlandırır, çünki Böyük Vətən müharibəsi illərində meşə partizanları, dinc əhalini, əsgər və zabitləri, hərbi əsirləri xilas edib. Y.Stelmax müharibə zamanı Belarus ərazisində vuruşmuş qəhrəman azərbaycanlı partizanlarının adlarını sadalayır və onların minə yaxın olduğunu qeyd edir. Müəllif ürək ağrısı ilə müharibənin meşəyə gətirdiyi iztirablardan yazır.
Meşəyə heyran olan müəllif Belarus xalqının bakirə qüruru olan Belovejskaya Puşasından da bəhs edir.
«Belarus meşəsi – Belarusun taleyi» hekayəsi bu keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1U_bUcTKX8AuWYtE3n7C04IffT0lKRIT/view?usp=drivesdk