QHT nümayəndəsi Vyanada keçirilən COP12 #UNTOC toplantısında iştirak edib
10 oktyabr 2024-cü il tarixində Avstriyanın Vyana şəhərində keçirilən COP12 #UNTOC toplantısı çərçivəsində keçirilən Gənclər Məsləhətləşməsində Karabakh İs Azerbaijan platformasının həmtəsisçisi, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədr müavini Urfan Sərkərov iştirak edərək Azərbaycanı təmsil edib.
Urfan Sərkərov bildirir ki, UNODC platformasında Azərbaycandan təmsilçisi kimi iştirak edərək, kibercinayətlər, iqlim cinayətləri mövzusunda müzakirələrimiz oldu. Xüsusilə ilə dünyada və keçən 30 ildə işğal edilmiş torpaqlarımızda bu tipli çoxsaylı iqlim cinayətləri həyata keçirilib, təbiətin flora və faunasına, eyni zamanda vətəndaşlarımıza ciddi zərər verilib.
COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyi dövrdə bəzi sosial media qrupları (erməni lobbisi tərəfindən maliyyələşdirilən) baş verən sosial media saxtakarlığı və ölkəmizə qarşı həyata keçirilmək istənilən qara yaxma cəhdləri olan bir dövrdə 50+ müxtəlif ölkədən iştirak edən gənclər ilə fikir mübadiləsi aparmaq, bəzi reallıqları çatdırmaq xoş oldu.
ANCA kimi qrupların maliyyələşdirdiyi, öz cinayətlərini ört-basdır etmək üçün həyata keçirilən bu tipli qarayaxma hərəkətləri ilə COP29-a kölgə salmaq cəhdləri qəbuledilməzdir.