Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir
Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir ”, – məlumatda vurğulanıb.