MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçib.
“Report” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatlarının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində yer alıb.
Qeyd edilir ki, ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırıb, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilib və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirib. ABŞ, Avropa İttifaqı və Ermənistanın 2024-cü il aprelin 5-də Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilib. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır.