DÜNYA

İsrail ordusu İrana cavab verəcəklərini vəd edib

İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücumuna cavab verəcək.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.

“İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. Belə ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir