BƏLƏDİYYƏ

Bələdiyyələrə yönələn neqativin necə aradan qaldıraq?

Bələdiyyələrin qrant ala biləcəyi barəsində təklif MM-də müzakirə ediləcək qanın layihələrindəndir. Onun işlək mexanizminin olması üçün  normativ- hüquqi sənədlərin hazırlanması da yəqin ki, ləngiməz. Bəzən qanun qəbul edilir, lakin onun normativ -hüquqi sənədləri vaxtında hazırlanmaması ucbatından  bələdiyyələrin fəaliyyətində də ciddi problem yaranır.

Bütün bu məqamlarla yanaşı bu gün bələdiyyələrin maliyyə gəlirlərinin artırılması üçün atılacaq addımlardan biri də əmlak və torpaq vergisinin əmsal dərəcələrinin artırılması olmalıdır. Nəzərə alaq ki, bu rusumlarda 1999-cu ildən  bəri hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, digər istiqamətlərdə olan, xüsusəndə kommunal xidmət sahəsindəki rüsumlarda dəfələrlə artımlar olub və bu təbiidir. Hətta iş o yerə çatıb ki, Əmlak Məsələləri Dövlət Xidməti  vətəndaşa və xüsusəndə bələdiyyələrə göstərilən xidmət tariflərini dəfələrlə artırmağa nail olub. Olsun. Sözüm ondadır ki, bəzən xidmət tarifləri artırılsa da xidmətin keyfiyyəti artmır və bu da öz növbəsində narahatlıq yaradır. Yəni yeddi günə cavab verilməli məsələ bəzən aylarla ləngiyir. Belə məqamda günah sahibi isə nədənsə bələdiyyələr çıxır.

Bələdiyyələrə yönələn neqativin aradan qaldırılmasında, o cümlədən bələdiyyələrin büdcə gəlirlərinin artırılmasında  Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və “Bələdiyyələrə onlayn xidmət mərkəzi”nin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Beləki,  BAMS proqramının ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi nəticəsində bələdiyyələrin cari ilin doqquz ayı ərzində  büdcə gəlirlərində 20 faizlik artım hiss edilib. Bununla yanaşı bir sıra rəylərin verilməsinin BAMS proqramı üzərindən həyata keçirilməsi, sözsüz ki, ƏMDX-nə yönələn narahatlığı bir qədər azaltmış olacaq. Hazırda test rejimində olan prosesin yaxın günlərdə aktivləşməsi nəticəsində büdcə gəlirlərində artımına səbəb olacaq. Bu arada bir məqama da toxunmaq  istərdim.

Vətəndaşa məxsus qeyri – yaşayış sahələri ilə bağlı bələdiyyənin rüsumları niyə “qəpik”lə hesablanmalıdır. Necə ola bilər ki, vətəndaş özünə məxsus qeyri- yaşayış sahəsini aylıq on min və daha artıq qiymətə icarəyə verir, ancaq bələdiyyəyə həmin qeyri-yaşayış sahəsinə görə ildə bir dəfə ödənilməli olan  vergini “qəpik” səviyyəsində verir. Təəssüf ki, bəzən  onu da heç  ödəmək niyyətində olmur.

Belə olan halda niyə artırılan cərimələr sırasına həm də bələdiyyə vergilərini vaxtında ödəməyənlərə qarşı da cərimə sanksiyası tətbiq edilməsi konkretləşmır.

Deməliyəm ki, bu gün bələdiyyə büdcəsinin artırılması ilə bağlı müəyyən addımlar atılır. Artıq bəzi məqamların Milli Məclis səviyyəsində müzakirə ediləcəyi də gözlənilir. Ancaq irəli sürülən bu məqamların da müzakirəyə çıxarılmasının fikrimcə vaxtı çatıb .

Beləliklə, bəzən bələdiyyələrə yönələn neqativi aradan qaldırmaq üçün bu qurumları büdcə gəlirlərinin artımına şərait yaratmalıyıq. Göründüyü kimi, atılan addımlar məhz bu istiqamətə yönəlib. Ancaq bu işdə bələdiyyə sədrlərinin də üzərinə ciddi məsluliyyət yükü düşür. Belə ki, bələdiyyənin inzibati binasında həyat konkret olaraq qaynamalı, büdcə gəlirlərini artırmaq üçün qanunvericliyin verdiyi imkandan yararlanmalı, otaqlarda hörümçək torunun sallanmasına imkan verilməməli, ən əsası fəaliyyət təbliğ olunmalıdr. Yalnız bu halda bələdiyyə ərazidə böyük nufuz sahibi ola bilər.

www.belediyye.info

Vüqar Tofiqli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir