İDMAN

Azərbaycan Premyer Liqası: “Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan “Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib.

“Report” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

“Sabah” komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. “Araz-Naxçıvan”ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 15-ə, “Araz-Naxçıvan” isə 17-yə yüksəldib.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə “Səbail” komandası “Şamaxı”nı məğlub edib – 2:0. Turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək “Turan-Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə IX tura yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir