Yasamal bələdiyyəsində seminar keçirilib
Oktyabrın 1-də Yasamal bələdiyyəsi tərəfindən Ədliyyə Nazirliyinin əməkdaşının və bələdiyyə üzv və qulluqçularının iştirakı ilə “Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin ümumiləşdirilməsi nəticəsində aşkar olunmuş nöqsanların qarşısının alınmasına dair qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilib.
Tədbirdə bələdiyyə qulluqçularının etik davranış qaydaları, korrupsiya hüquqpozmasına şərait yaradan hallar, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə geniş izahat verilib.
Görüşdə, həmçinin Ədliyyə Nazirliyinin əməkdaşı da çıxış edərək seminarın keçirilməsi məqsədinin bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanların qarşısının alınması və bələdiyyələrin gələcək fəaliyyətlərinin qanunvericiliyə uyğun təşkil edilməsində onlara metodoloji köməklik göstərilməsi olduğunu bildirib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.