BƏLƏDİYYƏ

Şəmkir regional ədliyyə idarəsi tərəfindən bələdiyyələrin maarifləndirilməsi məqsədilə Gədəbəy şəhərində seminar keçirilib

Ədliyyə Nazirliyinin Şəmkir regional ədliyyə idarəsinin 2024-cü ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq sentyabrın 27-də bələdiyyələrin maarifləndirilməsi məqsədilə regional idarənin əməkdaşlarının iştirakı ilə Gədəbəy şəhərində seminar keçirilib. Seminarda iştirakçılara “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri ”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”, “İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb edilməsinin əhəmiyyəti”, “Bərk məişət tullantılarının idarə olunmasında qanunvericiliyin tələbləri”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi” mövzularında mühazirələr deyilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Gədəbəy rayonunda fəaliyyət göstərən 20 bələdiyyənin ümumilikdə 32 üzv və qulluqçusu iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir