BƏLƏDİYYƏ

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar-müşavirə keçirilib

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 2024-cü ilin ikinci yarımilində bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədilə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun olaraq sentyabrın 25-də regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Quba rayonu üzrə bələdiyyələrin bir hissəsinin sədr, üzv və qulluqçularının iştirakı ilə seminar müşavirə keçirilib.

Seminarda “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi”,  “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”,  “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında müasir informasiya resurslarının əhəmiyyəti”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri” mövzuları üzrə seminar iştirakçılarına ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Həmçinin tədbir çərçivəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruriliyi, habelə bələdiyyə mülkiyyətində olan torpaqların tikinti məqsədləri üçün ayrılması zamanı aidiyyəti qurumlardan rəy alınması ilə bağlı bəzi məsələlər seminar iştirakçılarının nəzərinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir