SİYASƏT

Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədrinə yeni müavinlər seçilib.

“Report”un yerli bürosunun məlumatına görə, sentyabrın 26-da VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçirilib.

Sessiyada deputat Arzu Abdullayev Ali Məclisin sədrinin müavini seçilib.

Qeyd edək ki, deputatlar Bəxtiyar Məmmədovu Ali Məclis sədrinin birinci müavini seçiblər.