GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul şəxsləri “Gələcəyin Sammiti”ndə iştirak edir

Nyu-Yorkda – BMT-nin baş qərargahında “Gələcəyin Sammiti” davam edir. Sammit çərçivəsində QHT-lər üçün Fəaliyyət Günləri təşkil olunub.

QHT.az xəbər verir ki, qlobal diskussiyalara Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova da qatılıb.

Qeyd edək ki, bu ilin mayında Keniyanın paytaxtı Nayrobidə “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransı da keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir