TƏHSİL

DİM “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın 10-cu nömrəsində 2024/2025-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir