DİASPOR

Soydaşımızın kitabı ABŞ-də işıq üzü görüb

Amerika Birləşmiş Ştatlarında yaşayan diaspor fəalı, Azərbaycan əsilli alim, şumeroloq, professor Tarıyel Azərtürkün “GENESIS OF THE SUMERIAN AND ETRUSCAN TURKS AND THEIR LANGUAGE” (“Şumer və Etrusk Türklərinin və onların dilinin mənşəyi”) adlı kitabı həmin ölkənin “iUniverse” nəşriyyatında işıq üzü görüb. 

Nəşrdə Şumer və Etrusk Türklərinin və onların dilinin mənşəyindən bəhs olunur. Müəllif 7 min illik Babil mixi yazıları və ən azı 5 min illik İtaliya Etrusk yazıları əsasında xalqımızın kökünü dünyaya təbliğ edir. Kitabda ilk dəfə Etrusk şəkilli yazıların Türkcə tərcümələri toplanıb.

Aşağıdakı linkə keçid etməklə kitabı onlayn əldə etmək mümkündür.

http://surl.li/xtcduz

Qeyd edək ki, alimin bundan öncə 2017-ci ildə “Türkün qızıl kitabı” adlandırılan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” (“Türkün və türk dilinin mənşəyi” (mixi yazılar əsasında) kitabı Qırğızıstanda nəşr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir