DÜNYA

Latviya XİN Rusiya ilə bağlı radikal təkliflər səsləndirib

Latviyanın xarici işlər naziri Bayba Braje Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahlar verməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Ukraynaya uzaqmənzilli silahlar lazımdır və onların istifadəsinə, hədəflərə heç bir məhdudiyyət qoyulmamalıdır.

Ötən həftə Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, ABŞ Rusiya ərazisinin dərinliklərinə Amerika silahları ilə zərbə endirmək üçün Ukrayna Silahlı Qüvvələrinə qoyulan mövcud məhdudiyyətləri ləğv etmək niyyətində deyil.

Kremlin mətbuat katibi Dmitri Peskov da öz növbəsində vurğulayıb ki, Ukrayna ordusu artıq Rusiya ərazilərinə hücumlar təşkil edir və məsafənin mümkün artırılması sırf təxribatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir