İDMAN

Braziliya millisinin sabiq üzvünün yeni klubu müəyyənləşib

Braziliya yığmasının sabiq futbolçusu Aleks Tellesin yeni klubu müəyyənləşib.

“Report” xəbər verir ki, 31 yaşlı futbolçu ölkəsində “Botafoqo”nun formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, A.Telles son mövsümü Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda keçirib. O, 2023-cü ildə milli karyerasını bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir