SƏHİYYƏ

Beyin üçün ən təhlükəli qidalar – İnsult yarada bilər

Tibb elmləri doktoru, farmakologiya və əczaçılıq kursu ilə terapiya kafedrasının professoru Vladimir Popov insult yarada bilən məhsulları sadalayıb.

Turkustan.az xəbər verir ki, “RİA Novosti”yə müsahibəsində o, tərkibində duz və şəkərin gizli olduğu məhsulların xüsusilə təhlükəli olduğunu bildirib.

Həkim bildirib ki, duz qan təzyiqini artırır, şəkər və doymuş yağlar isə xroniki iltihab və ateroskleroza səbəb olur:

“Ona görə də şəkərli qazlı içkilər, tortlar, xəmir məmulatları, hazır desertlər, mayonez, ketçup və müxtəlif salat sosları, həmçinin ağ çörək və qablaşdırılmış şirələrin istehlakını məhdudlaşdırmaq tövsiyə olunur. Bu qidaların tez-tez istifadəsi insult riskini xeyli artırır”.

Bundan əlavə, mütəxəssis çoxlu əlavə duz, şəkər, trans yağlar, emulqatorlar, qatılaşdırıcılar və süni dadlar olan işlənmiş qidalardan və “fast food”dan uzaq durmağı məsləhət görür. Bu məhsullara çipslər, krakerlər, səhər yeməyi taxılları, kartof friləri, hamburgerlər, nuggets, dondurulmuş pizzalar və konservlər daxildir. /yeniavaz.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir