TÜRK DÜNYASI

Qazaxıstan hökuməti AES inşası ilə bağlı referendumun tarixini açıqladı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı referendumun tarixini açıqlayıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı referendumun tarixini açıqlayıb. Dövlət başçısı qlobal enerji çatışmazlığının artdığını, etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə təcili ehtiyac olduğunu qeyd edib.

“Nüvə energetikasının inkişafına ciddi diqqət yetirmək lazımdır. Bu tip energetika nəsli iqtisadiyyatımızın sürətlə artan tələbatını böyük ölçüdə ödəyə bilər. Hazırda 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə 200-ə yaxın atom elektrik stansiyası fəaliyyət göstərir”, – deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, Qazaxıstan xalqı uzunmüddətli milli maraqları nəzərə almalı və gələcək haqqında düşünməlidir. O deyib: “Ölkənin həyatı üçün vacib olan hər bir addım xalqın dəstəyi ilə atılmalıdır. Atom elektrik stansiyaları ilə bağlı referenduma münasibətdə də belə olmalıdır. Keçən il onun icrasından danışdım, yəni mövzu artıq bir ildir ki, ictimai müstəvidədir. Hesab edirəm ki, bu, vətəndaşların məlumatlı qərar qəbul etməsi üçün yetərli müddətdir. Ona görə də hökumətin təklifini dəstəkləyirəm. 2024-cü ilin 6 oktyabrında AES-in inşası ilə bağlı ümumxalq səsverməsi keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir